22 May 2021 09:05
3 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşada "Xarıbülbül" musiqi festivalında iştirak edən əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Ayaz müəllim, Şuşada "Xarıbülbül" musiqi festivalında iştirak etdiniz. 28 illik Şuşa həsrətini necə ifadə edərsiniz?

- Mən bir çox nüfuzlu festivallarda, o cümlədən Kann Film Festivalında, Berlin Beynəlxalq Film Festivalında iştirak etmişəm, amma belə bir qürur hissini heç birində yaşamamışam. Həyatımda çox az hallarda həyəcan keçirmişəm, Şuşada hamı bu hisslərlə dolu idi.

"Xarıbülbül" musiqi festivalı qat-qat üstün, geniş tədbir idi. Bu festivalı Azərbaycan xalqı, yaxud Azərbaycan milləti festivalı adlandırırardım. Şuşu Azərbaycandır, Cıdır düzü Şuşanın ürəyidir.

Festivalda ölkə başçısı İlham Əliyevin, Birinci xanım Mehriban Əliyevanın iştirakı, sənətkarların dəvəti, sənət əsərlərinin səhnədən səsləndirlməsi, insanların göz yaşları bir vəhdətə çevrilmişdi. Festivala dəvət edilməyimi həyatımın ən böyük uğuru hesab edirəm.

- Yaradıcılıq baxımından Şuşa ilə bağlı hansı planlarınız var?

- Şuşa ilə bağlı planımız var. Şuşalı bir insan haqqında qısametrajlı film çəkmək istəyirəm. Həmin insan sağdır. O, insanın iştirakı ilə Şuşada film çəkəcəm.

- Yenidən Şuşaya getmək istəyərsinizmi?

- Təbii ki...28 illik həsrətimizə son qoyuldu. Hazırda hamımız Şuşalı olmuşuq, əslən Şuşadan olmayan insanlar da orada məskən salmaq, yaşamaq istəyirlər. Şuşa yenidən tikiləcək, qarabağlı anlayışı yenidən yaranacaq. Çünki hər bir vətəndaşımız Şuşada yaşamaq istəyir.











Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər