26 İyun 2021 19:57
3 726
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan öz taleyini özü həll edir, lazım olanda güc yolu ilə həll edir. İndi bizim vəzifəmiz 44 günlük müharibədəki qələbəmizi gələcək nəsillərə çatdırmaqdan ibarətdir".

Teleqraf.com xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Anar Kərimov Vətən müharibəsinin şanlı zəfərinə həsr olunan "BİZ" tarixi-sənədli filminin təqdimat mərasimində deyib.

"Bizim ermənilərlə mədəniyyət sahəsində savaşımız hələ davam edir. Məqsədimiz bu savaşda da qalib gəlməkdir və mədəniyyət sahəsində də gücümüzü, birliyimizi dünyaya nümayiş etdirməkdir", - deyə nazir əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər