28 İyun 2021 22:49
3 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda kino çəkilişi üçün hər cür şərait var”.

Teleqraf.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Azərbaycan Film Komissiyasının yaradılması münasibətilə keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, yaxşı kinoların çəkilərək dünyada nümayiş olunması Azərbaycanın turizm potensialına öz müsbət təsirini göstərəcək.

“Artıq bizim “Netflix” platforması ilə əməkdaşlığımız başlayıb. İnanırıq ki, bu əməkdaşlıq dünyaya Azərbaycanın potensialını nümayiş etdirmək üçün bir vasitə olacaq”, - deyə A. Kərimov vurğulayıb.


Müəllif: Teleqraf.com