“Telegraph” agentliyi 2014-cü ilin hesablamalarına görə, dünyanın ən bahalı kitablarının siyahısını açıqlayıb. Kitab hərracı olsa da, siyahıda rəsm və xəritə nümunələrinə də yer verilib. 85 kitabın yer aldığı "ən baha kitablar"ın ilk onluğuna bunlar daxil olub:
Hərracda birincilik “The Bay Psalm Book”a məxsusdur. İlk çapı 1640-cı ilə təsadüf edən həmin kitab Nyu Yorkda 30 milyon dollara satılıb.
“Amerikanın quşları” adlı illüstrasiyalı albom isə satış qiymətinə görə dünyanın ən bahalı ikinci kitabıdır. 1838-ci ildə çap edilən fotoalbom məşhur naturaçı-rəssam Con Ceymz Audubona məxsusdur. London Sotbisində hərraca çıxarılan fotoalbomun dəyəri isə 11 milyon 692 000 dollardır.
Bildiyimiz kimi, kitab çapı ilk dəfə Almaniyada 1445-ci ildə gerçəkləşib. İohan Quttenberq tərəfindən çap olunan “İncil”in bir səhifəsinə 79 847 dollara qiymət qoyulub. Qeyd edək ki, kitabın bütün halda satılması isə mümkün olmayıb.
Komediya, tarix və faciəni özündə əks etdirən və 1623-cü ildə çap edilən Uilyam Şekspirin “On ikinci gecə” kitabı da ən baha satılan kitablar sırasında dördüncü yerdədir. Kitab yazıçının ölümündən yeddi il sonra çap edilib. Hələ 2001-ci ildə 6000 dollara satılan həmin kitab bu il 8000 dollara satılıb.
Miqel de Servantesin “Don Kixot”u və Çançı Panzanı əfsanəvi fiqura çevirdiyi “Don Kixot” əsəri hələ 1989-cu ildə nə az, nə çox bir milyondan artıq qiymətə hərraca çıxarılıb.
Ən baha satılanlar sırasında “Coğrafiya Kosmoqrafiya xəritəsi” də yer alıb. Aparılan araşdırmalara əsasən, 2006-cı ildə 3000 dollardan baha satılıb.
XV əsrə məxsus “Kanterburi nağılları” adlı kitab isə 1998-ci ildə 7 345 000 dollara satılıb. Cofrey Xauker tərəfindən yazılan kitab həcm etibarilə İngiltərədə ən böyük həcmli nağıl kitabı olub. Həmin nağıl kitabı isə ilk dəfə Uilyam Kakston 1477-ci ildə çap etdirib.
İngilis qadın yazıçı Coan Ketlin Roulinq tərəfindən yazılan “Bard Bidlin hekayələri” kitabı da satışda gözlənilən nəticəni verdi. Belə ki, ən nadir kitablardan olan “Harri Potter” yazarının bu kitabı 80 000 dollar dəyərində satılıb.
Avropa İntibah dövrünün ensiklopedik alimi, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam Leonardo Da Vinçi tərəfindən yazılan “Lester əlyazmaları” (“The Codex Leicester”) da ən baha satılan kitablar sırasındadır. Kitab 1980-ci ildə varlı sənayeçi, incəsənət kolleksiyaçısı və filantrop Armand Hammer tərəfindən satın alınıb və adı “Codex Hammer” olaraq dəyişdirilib. 1994-cü ildə məşhur milyarder Bill Qeyts kitabı hərracda 30.8 milyon dollara alıb.
Latınlar tərəfindən yazılan və VII əsrə aid olan kitab isə 11 000 dollara satılıb.
kult.az