5 Noyabr 2014 17:02
5 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

ADMİU-nin “Vernisaj” zalında “Muzeyşünaslıq: Mütəxəssis hazırlığında yeni tələb və imkanlar” mövzusunda elmi-praktik konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, konfransı giriş sözü ilə açan ADMİU-nin rektoru, professor Fərəh Əliyeva son zamanlar ölkəmizdə açılan, dünya standartlarına cavab verən, yeni texnologiyalarla təchiz olunan muzeylər haqda məlumat verərək, bu istiqamətdə yüksək ixtisaslı müasir kadrlara ehtiyac olduğunu vurğulayıb.

Mədəniyyət və Turizm Nazirliyinin muzey sektorunun müdiri Azadə Hüseynova “Azərbaycanda muzeyşünaslığın inkişafı - tələb və vəzifələr”, Lətif Kərimov adına Azərbaycan xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva “Muzey praktikası, muzey təhsili, muzeyşünaslıq: əlaqələr və ikili münasibətlər” mövzusu ilə çıxış edib.

Avropa Mədəniyyət Parlamentinin üzvü, Avropa Muzey Forumu tərəfindən keçirilən “Avropa İlin Muzeyi”( EMYA) müsabiqəsinin münsiflər heyətinin üzvü Cahangir Səlimxanov “Dəyişən dünyada yeniləşən muzey üçün mütəxəssisi necə yetişdirməli” adlı məruzəsində müasir muzey konsepsiyasında innovativlik, universallıq, interaktiv metod, beləliklə müasir seyircinin tələblərinə cavab verməsi, bunun üzərində iş və başqa məqamlara aydınlıq gətiriblər.

Maraqlı müzakirələrlə keçən konfransın sonunda muzeyşünaslıq təhsili ilə bağlı problemlərin həlli, mütəxəssis hazırlığının, keyfiyyətin daha da artırılması, tələbələrdə müzeyşünaslığa marağın yaradılması və s. kimi məsələlərlə bağlı təkliflər irəli sürülərək, belə konfrans, görüşlərin mütəmadi olaraq keçirilməsinə ehtiyac olduğu vurğulanıb.

Nərmin


Müəllif:

Oxşar xəbərlər