Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə tələbələr arasında informatika, siyasi biliklər, təbiət elmləri, tarix və coğrafiya üzrə keçirilən “Bakı olimpiadası - 2014” layihəsi başa çatıb.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından AzərTAc-a bildiriblər ki, “Monolit Plaza” otelində keçirilmiş bağlanış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə gənclərin inkişafına göstərilən diqqət və qayğıdan danışıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev “Bakı olimpiadası - 2014”ün əhəmiyyətini diqqətə çatdırıb.
AzGF-in layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, ATGTİ-nin sədri Şahin İsmayılov olimpiadada uğur qazananları təbrik ediblər.
Sonra “Bakı olimpiadası - 2014”ün qaliblərinə sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub.