11 Mart 2022 17:50
1 984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində Türkiyə Cümhuriyyətinin Dövlət Himninin – “İstiqlal marşı”nın 101-ci ildönümü ilə əlaqədər tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, Yunus Əmrə İnstitunun Bakı nümayəndələyinin rəhbəri Selçuk Karakılıç "İstiqlal marşı" haqqında danışıb.

"Bu gün "İstiqlal marşı"nın yazılmasının və qəbul ediməsinin 101-ci ildönümü ilə əlaqədar Milli İncəsənət Muzeyində tədbir təşkil etdik. Mehmet Akif Ersoy 150 illik siyasi və ədəbi tariximizin ən namuslu və dürüst insanlarından biri olub. Türk ədəbiyyatının böyük şairi və qəhrəmanlarındandır. Məqsədimiz "İstiqlal marşı"nın yazarının hekayəsini təqdim etmək və onun xatirəsini anmaqdır. Mehmet Akif Ersoy gənc nəsillərə örnəkdir".

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin birinci müavini Barış Sayqın isə bildirib ki, çox önəmli gündə tədbir keçirilir: "Tədbirə başlamadan öncə "Bir millət, iki dövlət" olaraq dövlət himnlərimizi dinlədik. Bu gün azərbaycanlı qardaşlarımızla türk dünyasının dəyəri Mehmet Akif Ersoyu anmaq istədik".

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə Mehmet Akif Ersoyun həyat və fəaliyyətindən söhbət açıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər