14 Mart 2022 16:09
2 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının keçmiş baş rejissoru Bəhram Osmanov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla kiçik müsahibəni təqdim edirik.

- Bəhram müəllim, sizi əməkdar incənət xadimi Mehriban Ələkbərzadə əvəz etdi. Teatrın baş rejissoru vəzifəsindən getməyinizin səbəbi nədir?

- Bəli, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına baş rejissor Mehriban Ələkbərzadə təyin edildi. Mən teatrdan çıxdım, o, davam edəcək.

- Fəaliyyətinizi hansı teatrda davam etdirəcəksiniz?

- Mədəniyyət naziri Anar Kərimovdan özüm xahiş etdim ki, yaradıcılıq işlərim çoxdur, imkan varsa, məni vəzifədən azad etsin. Cənab nazir də məni başa düşdü və ərizəmə qol çəkdi. Bir müddət başqa tamaşalarla məşğul olmalıyam. Xarici ölkələrə səfərlərim var. Teatrda baş rejissor kimi vəzifəmi icra etməklə səfərlərim alınmır. Çünki həmişə Bakıda qalmalıyam.

Teatlarımızdan da dəvətlər var. Hazırda Mingəçevir Dövlət Dram Teatrında tamaşa hazırlayıram. Gəncə Dövlət Dram Teatrından isə iş təklifi üçün dəvət var. Elcə də Rusiyada tamaşalar hazırlamalıyam.

- Nə zamansa Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə yenidən əməkdaşlıq etməyiniz mümkündürmü?

- Bu, gələcəyin işidir. Hazırladığım tamaşalar teatrın səhnəsində oynanılır. 15-dən çox tamaşam var. Yəqin dəvət olsa tamaşalar hazırlaya bilərik, əks halda yox. Mən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışanda da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşalar hazırlayırdım. Yəni əməkdaşlıq etmişik. Pandemiya ilə bağlı işlərim təxirə düşmüşdü və bu işləri də yerinə yetirmək lazımdır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər