"Tanınmış melodiyanı bir az dəyişdirərək, bəsit sözlərlə dinləyiciyə təqdim edirlər. Hazırda tələbat bunadır".
Bunu Teleqraf.com-a açıqlamasında bəstəkar Elçin İmanov deyib. O, sözlərinə belə davam edib:
"Mənə də belə mahnılar yazmaq üçün müraciət edənlər çox olur, onlara bir söz deyirəm: düzgün ünvan seçməmisiniz. Mən başqasının qəlibinə girən insan deyilən. Mənim dəsti-xəttim hamıya bəllidir. Mən şeiriyyatdan ilham alıram. Üzeyir Hacıbəyovdan başlayaraq Fikrət Əmirov, Qara Qarayev və başqaları Azərbaycan şairlərinin sözlərinə mahnı bəstələyiblər. İndi isə hansı peşəkar və qeyri-peşəkar bəstəkar bizim şairlərimizin şeirlərinə müraciət edir? Məsələn, Bəxtiyar Vahabzadəyə kim müraciət edir? Axı mənşəyi bilinməyən sözlərlə ifa olunan musiqilər kimə və nəyə lazımdır? Bunun estrada janrı ilə Tofiq Quliyevin, Telman Hacıyevin, Cahangir Cahangirovun ənənələriylə heç bir əlaqəsi yoxdur. Yəni, indi ifa olunanlar ənənəvi Azərbaycan estradası deyil. Belə başa düşürəm ki, bu ənənə şou biznesdən gəlib və daha asandır".
Nərmin