3 May 2022 08:00
1 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Netflix” platforması şahzadə Harrinin həyat yoldaşı, Sasseks hersoqiniyası Meqan Marklın prodüseri olduğu "İnci" cizgi serialının istehsalından imtina edib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb platformanın abunəçilərin sayının kəskin azalması ilə əlaqədar xərclərin aşağı düşməsi göstərilir.

Serial müxtəlif nüfuzlu tarixi qadınlardan ilhamlanaraq yazılmış 12 yaşlı qızın macəralarından bəhs edirdi.

Aprel ayında “Netflix” 10 ildə ilk dəfə abunəçilərin kəskin azaldığını açıqlayıb və əlavə edib ki, iyul ayına qədər təxminən iki milyondan çox istifadəçi xidmətdən imtina edəcək.

2022-ci ilin ilk üç ayında platformanın müştərilərinin sayı 200 min nəfər azalıb. “Netflix” bunu Ukraynadakı müharibə, Böyük Britaniya və ABŞ da daxil olmaqla əsas bazarlarda qiymət artımı ilə əlaqələndirir.

Bütün çətinliklərə baxmayaraq “Netflix” Meqanın təsisçisi olduğu şirkətin (Archewell Productions) digər layihələrinə dəstək olacağını açıqlayıb.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər