13 May 2022 12:50
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təəssüf, çox təəssüf, mövzu boydan, faciə dəryalardan da dərin, amma bacarmırıq... Nəyə görə? Bəlkə, ona görə ki, biz yaratmaqdan çox qazanmaq uğrunda özümüzü oda-közə vururuq?..”

Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Nəsibə Eldarova fesybuk profilində yazıb.

“Bəzən ətrafımdakılara qulaq asıb, özüm-özümdən şübhələnirəm, deyirəm, bəlkə mən nəyisə başa düşmürəm, bəlkə paxıllıq gözlərimi tutub, görmürəm? Amma sonra bir sənət əsərinə baxıb, deyirəm, yox, axı bunun necə yaxşı olduğunu gördüm. Vaxtınız olsa, "Palmira" filminə baxın. Bəşəri ideyasından danışmayacam, onu hər kəs ozünə görə anlayacaq, çünki düşünməyə güclü materyal var. Texniki cəhətdindən deyəcəm, mükəmməl operator işi, işıq və kontrast, uzun planlar belə darıxdırmır, çünki kadrlar özü danışır, əhval-ruhiyyə yaradır. Son səhnə o qədər təsirli idi ki, məni garmadağın etdi. Təəssüf, çox təəssüf, mövzu boydan, faciə dəryalardan da dərin, amma bacarmırıq... Nəyə görə? Bəlkə, ona görə ki, biz yaratmaqdan çox qazanmaq uğrunda özümüzü oda-közə vururuq?..”, - deyə o vurğulayıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər