18 Avqust 2022 17:06
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mehmandarovlar" bədii-sənədli filmin çəkilişləri başa çatıb.

Bu barədə Teleqraf.com-a “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.

Bildirilib ki, film 7 hissədən ibarətdir. Bu hissələr hər biri fərqli adı daşıyır və Mehmandarovlar sülaləsinin üzvlərinin həyat və fəaliyyətləri fonunda respublikanın son əsrdəki tarixi dövrünü əhatə edir.

Bədii-sənədli filmin rejissoru Əməkdar incəsənət xadimi Yavər Rzayev, ssenari müəllifləri Yavər Rzayevlə birgə tədqiqatçı-alim Vasif Quliyev, təsvir rejissoru Nadir Mehdiyevdir, prodüseri isə Nazim Hüseynovdur.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan film ilin sonuna qədər geniş tamaşaçı auditoriyasına nümayiş etdiriləcək.


Müəllif: Nərmin