Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa, rejissor, Əməkdar incəsənət xadimi Məlahət Abbasova dünən axşam saatlarında dünyasını dəyişən tanınmış aktyor Civan Canova ilə bağlı paylaşım edib.
Teleqraf.com xəbər verir ki, Məlahət Abbasova Canovanın Bakıyla maraqlandığını və bura gəlmək istədiyini deyib.
“Çox üzgünəm. Dəyərli aktyor Civan Canovanı itirdik. Nur içində yat. İlk dəfə “Çiçək taksi” serialında tanış olmuşduq. Ən son onunla Bakıdakı verilişim üçün danışmışdıq. Çəkilişi olduğuna görə gələ bilməmişdi. Amma imkanı olanda mütləq gələcəyini də demişdi. O, Bakı ilə çox maraqlanırdı. O, dəyərli sənətkar idi”.