Xalq artisti Ənvər Həsənovun müalicəsi ev şəraitində davam edir.
Aktyor bu barədə Teleqraf.com-a açıqlamasında deyib.
“Əvvəlkinə nisbətən indi vəziyyətim babatdır. Zarafat deyil, 30 gün keçib. 15 gün xəstəxanada qaldım, 15 gündür evdəyəm. İynələr bitib, dərman qəbulu isə davam edir. Amma hələ də özümə gələ bilmirəm”.
Xalq artisti əlavə edib ki, indiyə qədər xəstəliyi ilə əlaqədar heç kimə ağız açmayıb: “Mən rəhmətlik Heydər Əliyevlə, Zərifə xanımla tanış idim. Prezident İlham Əliyev, həmçinin Mehriban xanımla da tanışam. Amma bu vaxta qədər heç kimə ağız açmamışam, açmayacağam da.
Xəstəliyimdən bəzi yalançılar özlərinə imic yaratdılar. Yalandan zəng edib hal-əhval tutmaq iş deyil. İş görmək üçün gərək insana dayaq, kömək olasan”.
Qeyd edək ki, bir müddət əvvəl səhhətində problemlər yaranan Xalq artisti xəstəxanaya yerləşdirilmişdi.