7 Oktyabr 2022 17:14
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alla Puqaçovanın nəvəsi Nikita Presnyakov hərbi xidmətə çağırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, məlumatın yanlış olduğunu bildirən Nikita hərbi xidmətə çağırılmadığını deyib.

Qeyd edək ki, bu gün Teleqram kanallarında 31 yaşlı Presnyakovun teatrdakı məşqindən uzaqlaşdırılaraq hərbi xidmətə aparılması ilə bağlı xəbərlər yayılıb.

Alla Puqaçova bir müddət əvvəl Rusiyanı Ukraynanı işğal etdiyi üçün sərt tənqid etmişdi.

Müharibəni pisləyən açıqlamalar yazan Alla Puqaçova Rusiyanı tərk edərək İsrailə köçüb.


Müəllif: Pərvin Cəfərova