Türkiyə sənət cameəsinin məşhur adları zəlzələ qurbanları üçün səfərbər olarkən, AHBAP Dərnəyi ilə zəlzələ bölgəsinə yardım gətirən Haluk Levent tanınmış insanlardan gələn ianələri sosial şəbəkə hesabında paylaşmağa davam edir.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk gündən ona göndərilən ianələri açıqlayan Halukun siyahısında bu məşhurlar yer alır:
“İlk zəng edən Kıvanç Tatlıtuğ oldu. O 200 min TL, ardınca Merih Dəmiral 1 milyon TL, Mert Hakan Yandaş 200 min TL ianə verdi. Əfsanəvi futbolçular Hakan Balta və həyat yoldaşı Derya Balta 300 min TL ianə edib. Mustafa Ceceli isə 200 min TL, ondan dərhal sonra isə Emre Kılınç 150 min TL bağışlayıb.
Burak Dəniz 150 min TL, əziz qohumum Edis Görgülü 400 min TL, Burak Yılmaz 300 min TL, Celil Nalçakan 100 min TL, Aras Bulut İynemli 200 min TL, İrem Derici 150 min TL, Çağlar Söyüncü 50 min TL ianə verdi. Cengiz Ünder 50 min avro bağışladı.
Acun Ilıcalı bölgəyə 100 tır su göndərir. Bundan əlavə, 5 milyona yaxın da ləvazimat və alacağımız konteynerlərdə lazımlı əşyaların olacağını deyib. Okay Yokuşlu 1 milyon TL, Həsən Can Kaya 250 min TL, İbrahim Büyükak 200 min TL, Nuri Şahin 1 milyon TL, Ozan Tufan və həyat yoldaşı Rojin 800 min TL, Gülben Ergen 150 min TL, Cenk Tosun və həyat yoldaşı 600 min TL, Danla Bilic 250 min TL, Melis Sezen 200 min TL və Sarp Apak 100 min TL ianə edib.
Həmçinin Ziynet Sali 100 min TL, Əmir Ersoy-Gökçe Bahadır 100 min TL, Can Yaman 250 min TL, Sefo 200 min TL, Murat Boz 500 min TL, Ebru Gündeş 500 min TL, Rassan Xoşnəv 400 min TL və Hakan Halukoğlu 1 milyon TL verib”.
Halukun son siyahısında Sibel Canla, Orhan Gencebay diqqət çəkib:
“Mero 400 min TL, Danilo Zanna 500 min TL, Sibel Can 1 milyon TL, Orhan Gencebay 500 min TL, Halit Ergenç-Bergüzar Korel cütlüyü 400 min TL, Zara, Melek Mosso, Ceylan Ertem, Özgür Can Çoban və Müge Sözen 2 milyon TL ianə edib”
Merih Dəmiralın hərraca çıxardığı geyimlər haqqında da məlumat verən Levent, "Merih Dəmiralın hərraca çıxardığı Kriştian Ronaldo forması və daha 2 forma alınıb. Forma gəlirindən 5 milyon TL bu səhər AHBAP hesablarına yatırıldı. Merih auksiona davam edir”- deyə yazıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində 7,7 maqnitudalı zəlzələ baş verib. Güclü yeraltı təkanlar və ondan sonra baş verən afterşoklar ölkənin 10 əyalətində, o cümlədən Suriya da daxil olmaqla qonşu dövlətlərdə hiss olunub.
Türkiyənin 10 vilayətində 3 ay müddətinə fövqəladə vəziyyət elan edilib.