19 Fevral 2023 18:23
2 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Azər Aydəmir ssenari müəllifi olduğu "Əqrəb mövsümü" çoxseriyalı bədii filmi, və "Viktoriya" qısametrajlı filmini plagiatlıqda günahlandıranlara cavab verib.

Teleqraf.com xəbər verir ki, aktyor bu barədə sosial şəbəkədə yazıb.

O, müəllifi olduğu ekran işlərini "bənzətmə"də, "plagiat"da ittiham etməyi nadanlıq və sayqısızlıq adlandırıb.

"Bəli, hər bir yazar, ssenarist, kinematoqrafçı ömür boyu təsiri olduğu əsərlərdən ilhamlana bilər. Bu sözü lütfən yadda saxlayın.
Sözsüz, mən də ilhamlanan adamam.
Birincisi, mənim yazdıqlarımın, yaxından, uzaqdan, kənardan, bucaqdan, trapdan, hətta nəfəslikdən və quş uçuşundan belə Türkiyə kinematoqrafiyası və ədəbiyyatı ilə əlaqəsi yoxdur. Ola bilməz və heç vaxt olmayacaq.
Türkiyə kinematoqrafı bildiyiniz kimi 99,9 % etibarilə remeyklər çəkir. Siz indi həmin filmlərin orijinallarına baxmırsız və baxmamısınızsa, burada qədim tarixi və siması olan Azərbaycan kino yaradıcılığının və şəxsən mənim günahım yoxdur. TC kinonu keçdik!

"Əqrəb Mövsümü"nün yazılmasında ilham mənbəyi olaraq aşağıdakı filmlər qərar almışdır:

Əvvəla film "Əqrəb" romanının motivləri əsasında 2015 (Ceyhun Hidayətli) ssenarilişdirilib. Yazı prosesində isə:

"Seven", "Mindhunter", "True Detective",
"The Bone Collector", "Ressurection", "Primal Fear" filmləri ilham mənbəyim olub.
"Viktoriya" filmi barədə əvvəla qeyd edim ki, "TikTok"da natamamlıq kompleksi yaşayan bir nəfərin "inandırıcı" video çəkməsi ki, guya 1997-ci ildə ABŞ-da qumar oyunçusu, yoldaşı ilə və s. Tamamilə cəfəngiyyatdır, hətta özümə maraqlı gəldi, çaşdım. “Google”da axtarış verdim! Heç elə adam da yoxdur.
Maraqlıdırsa, o zaman deyim. Əslində, filmin trend 1-də olması və “Google”, “YouTube” platformalarını söküb-yığanlara əziyyət verməmək üçün, vaxtlarını daha məhsuldar şeylərə yönəldə bilmələri üçün aydınlıq gətirməliyəm", - o bildirib.

Onun sözlərinə görə, 1994-cü ildə Rusiyada kriminal avtoritet, artıq həyatda yoxdur: "Moskvada kazinoların yeni açılan dövründə, böyük kazinoların birində, bütün oyun kartlarına (o zaman 36 kart idi) kazinoda işləyən qızların adını vermişdi. Özünün dediyinə görə bu ona uğur gətirirdi. Bir gün dəm, ayaq üstə dayana bilməyən halda, dilinin kələfi açılmışdı... Soruşanda, demişdi ki, əslində, o qızlar onunla rəqib oynayanların yanından keçəndə, kartı görüb, necəsə "qəhrəmanımıza" ötürürdü. Ona kartı deyən ofisiant qızın şərəfinə həmin kartı adlandırırdı. Vəssəlam. İçkili olanda adam lazım olmayanı belə danışır. Dediyim kimi o artıq həyatda yoxdur. Qızlar isə... Bəlkə də, onlar da həyatda yoxdur. 2008-ci ildə bu hekayəni, elə hekayənin canlı şahidindən eşidəndə bunu son gördüyünüz halında yazmağa qərar verdim. Sadəcə, dediyim kimi ilhamlandım. 2009-cu ildə müəllif hüququnu aldım. Bu filmi səkkizə yaxın rejissor dostum çəkməliydi. Ssenari dillər əzbəri idi kino cameəsində. Demək olar ki, hamı məndən bunu eşitmişdi. Hamısı da, şükür ki, dostluğumdadır.

Odur ki, Azərbaycanı, yaşadığınız ölkəni, onun vətəndaşlarını heç vaxt kiçik görməyin. Millət olaraq, nəyimiz də olmasa, yaradıcı təfəkkürümüz, 150 illik mədəniyyətimiz və daş dövrünə söykənən şeiriyyatımız, ritmlərimiz var!"


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər