24 Mart 2023 11:30
7 679
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk tanıdığım gündən hər zaman bütün problemlərin həllini tapar, xəstələnəndə belə "problem yoxdur keçib gedəcək" deyər, insanları yalnız gülərüz görmək istər, hər zaman hamını süfrə başına yığar, həmin süfrəni şəxsən özü açmaqdan zövq alar, bütün arzularında İrəvana getmək istərdi.

Teleqraf.com xəbər verir ki, bu sözləri Xalq artisti Mehriban Zəki dəhşətli qəzada həyatını itirən Əməkdar incəsənət xadimi Oqtay Əliyev haqqında sosial şəbəkə hesabında yazıb.

"Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay... Oqtay... Oqtay... O isə susurdu. O susurdu, maşın çevrilirdi... Bu sadəcə qəzavü-qədər idi. Mən sağalacam. Qolum da, qabırğalarım da bitəşəcək, üzüm də bərpa olacaq. Dilarə də inşallah özünü toparlayar. O çox güclü qadındır. Amma Oqtay əbədi susacaq. Allah sizə rəhmət eləsin, Oqtay. Martın 22-si belə yazıldı bizimçün", - deyə Mehriban Zəki bildirib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər