4 Aprel 2023 18:13
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış amerikalı aktyor Hyu Cekman dəri xərçənginin mümkün təkrarlanması - bazalioma üçün sınaqdan keçirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə aktyor sosial media hesabında məlumat verib.

“Bunu məndən eşitməyinizi istədim. Tibbi müayinə çərçivəsində iki biopsiya olundum. Nəticəsini biləndə sizə məlumat verəcəm”- deyə aktyor bildirib.

Onun sözlərinə görə, bazalioma bütün dəri xərçəngləri arasında təhlükəsi az olandır.

Qeyd edək ki, Cekmana 2013-cü ildə dəri xərçəngi diaqnozu qoyulub. O, ilk dəfə üzünün sarğı ilə örtüldüyü şəkli sosial şəbəkədə paylaşaraq bu barədə məlumat vermişdi.

Cekman müalicə müddətində təxminən altı dəfə əməliyyat olunub.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər