6 İyul 2023 16:58
5 998
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xanımlar indi də sosial şəbəkələr vasitəsilə mənə məktublar yazırlar. Deyirəm daha mənim 84 yaşım var, məktublaşmaq vaxtım deyil, amma sənətimə qiymət verdiyinizə görə çox sağ olun”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Tariyel Qasımov deyib.

Aktyor bildirib ki, həyat yoldaşı çox qısqancdır.

“Mesajlarda mənə sevgiləri etiraf edən xanımlar da olur. Həyat yoldaşım çox qısqancdır. Ona hər dəfə başa salıram ki, məni aktyor kimi sevirlər. Yoldaşımı çox istəyirəm. Bilirəm ki, o məni məndən də çox sevir”.


Müəllif: Nərmin

Oxşar xəbərlər