Britaniya əsilli fransız müğənni və aktrisa Ceyn Birkin uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
İyulun 16-da 77 yaşında müğənni, aktrisa və rejissor Serj Qensburqun ilhamvericisi Ceyn Birkin vəfat edib. Ulduzun cəsədini müğənninin Parisdəki evinə ziyarətə gələn qəyyumu aşkar edib.
Nəşrin məlumatına görə, ulduzun ölüm səbəbi Birkinin 2002-ci ildən bəri mübarizə apardığı leykemiya olub. Müğənni özü xəstəliyini "çox ağrılı xərçəng deyil" adlandırdı, lakin 2023-cü ilin mayında səhhəti pisləşdiyi üçün planlaşdırdığı konsertlərini ləğv etdi.