11 Avqust 2023 13:42
2 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şövkət Ələkbərovanın ifasında səslənən “Füzuli kantatası”nın “Netflix” platformasında yayımlanan “Terzi” adlı türk serialında istifadəsinə icazə verilib.

Bunu Teleqraf.com-a açıqlamasında Şövkət Ələkbərovanın hüquqlarını qoruyan “Mikpro” şirkətinin həmtəsisçisi Pərviz İsaqov (PRoMete) deyib.

O bildirib ki, məsələ hüquqi yolla həllini tapdı.

“Bildirim ki, “Terzi” serialı ilə bağlı hər şey yaxşılığa doğru həll olundu. Biz “FİX Music”şirkətinə dəlillərimizi təqdim etdikdən sonra onlar qəbul etdilər ki, yalnış adamlardan hüquqları istəyib, yalnış yerə ödəniş ediblər. Şövkət Ələkbərovanın audioyazı hüquqları bizdə olduğuna görə “FİX Music” bizə ödəmə etdi. Amma musiqidən istifadə etmək üçün tək bu, bəs etmirdi. Onlar serialın ikinci mövsümündə də həmin mahnıdan istifadə etmək istəyirdilər, ona görə biz onları Əqli Mülkiyyət Agentliyi ilə birgə çalışan Gövhər Həsənzadənin rəhbəri olduğu quruma - “Müəllif hüquqları uğrunda” İctimai Birliyinə yönləndirdik.

Cahangir Cahangirovun ictimai istifadədə olmağına baxmayaraq dövlət tərəfindən Məhəmməd Füzulinin də hüquqları qorunur. Hər ikisinə görə lazimi icazələr alınandan sonra “FİX Music” şirkəti “Terzi”nin ikinci sezonunda da “Füzuli kantatası”nın istifadə hüququnu əldə etdilər”.

Qeyd edək ki, “Terzi”nin ilk mövsümündə bir neçə seriyada mərhum müğənni Şövkət Ələkbərovanın ifa etdiyi “Füzuli kantatası” səslənmişdi. Müğənninin hüquqlarını qoruyan “Mikpro” şirkəti serialın musiqi kastinqini həyata keçirən “FİX Music” türk şirkəti ilə razılıq əldə edə bilmədiyinə görə həmin musiqini və hətta bütöv bir seriyanı “Netflix Türkiyə”nin Yutub səhifəsindən sildirmişdi.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər