25 illik solo karyerasında 13 albom, dünya üzrə 85 milyon albom satışı və unudulmaz mahnıları olan 49 yaşlı britaniyalı musiqiçi Robbi Uilyams avqustun 17-də ilk dəfə Türkiyədə konsert verəcək.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk əsilli həyat yoldaşı Ayda Field, uşaqları və 100 nəfərlik xüsusi heyətlə Türkiyəyə gələcək Uilyams Bodrumdakı otellərdən birində konsert verəcək.
Müğənni istəkləri ilə təşkilat heyətini və qalacağı otelin rəsmilərini təəccübləndirib.
Konsertdən əvvəl yüngül şam yeməyi, konsertdən sonra isə suşi tələb edən müğənni meyvə, saqqız, badam südü, bitki çayı kimi qəlyanaltılar və kabab istəyib.
Konsertin ertəsi günü müğənni otelin gəmisi ilə Bodrum turuna çıxacaq.