19 Dekabr 2023 12:53
2 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sovet dönəmində heykəllərin üzərində iki nəfər işləyirdi, biri heykəltəraş, digəri memar. Son zamanlar mən heykəllərin qoyulmasında memarların rolunu görmürəm".

Teleqraf.com xəbər verir ki, bu sözləri bələdçi, tədqiqatçı Fuad Axundov “Mədəni irs” forumunun "Azərbaycanın daşınmaz tarixi-mədəni irsinin tədqiqi və mühafizəsi məsələləri" panelində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bəzən heykəllər elə formada qoyulur ki, diqqət çəkmir, nəzərə çarpmır: "Məsələn, "Azad qadın" heykəlini görməmək qeyri-mümkündür. Elə gözəl yerdə, elə formada qoyulub ki, istər-istəməz insanın diqqətini çəkir.

Şəhərimizi ən son heykəli Hacı Zeynalabdin Tağıyevin heykəlidir. O elə bir şəxsiyyət idi ki, onun heykəli çoxdan qoyulmalı idi, amma heykəlin qoyuluşu çox uğursuzdur. Mən şəxsən bu qoyuluşla razı deyiləm. Dedilər, pyedstal qoyulmasın ki, xalq arasında olsun. Amma xalq elə birinci gün onun təsbehini oğurladı".


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər