27 Fevral 19:00
1 868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Treyleri beynəlxalq izləyicilərin böyük marağına səbəb olan və sosial mediada paylaşım rekordları qıran “Mehmed: Fetihlərin Sultanı” serialı nəhəng istehsalı ilə diqqət çəkir.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, TRT Beynəlxalq Film Yaylalarında çəkilən serialda bir çox tarixi bina orijinal formasına uyğun olaraq yenidən qurulub. Ədirnə Sarayı, Bursa Sarayı, Manisa Sarayı, Ədirnə Top Döküm emalatxanası, hərəm bağçası, Macar və Serb qalaları kimi bir çox qalaların dekoru tikilib.

Serialın ilk bölümü üçün İranın ən möhtəşəm film çəkilişi platforması olan “Nour Cinema City”də 10 gün çəkiliş olub.

Serialda Eyüb El Ensari obrazını “Cənnət Krallığı” və “Karib dənizinin quldurları” filmləri sevilən dünyaca məşhur Hollivud ulduzu Qassan Məsud oynayacaq.

İlk seriyada təxminən 3500 köməkçi aktyor iştirak edib. 30 gün davam edən ilk bölümün çəkilişləri üçün bədii və yaradıcı kollektivlər 6 ay hazırlaşıb. Hazırda dörd yüz nəfərin daimi işlədiyi layihə üçün 20 min ədəd kostyum tikilib.

Nəhəng istehsalda 500 Osmanlı və 500 Bizans qılıncı da daxil olmaqla cəmi 1000 xüsusi dizaynlı qılınc istehsal edilib. Aksesuarlara nizə, silah, xəncər, ox, yay, tüfəng, qalxan, gürz, balta və digər silahlar daxildir. Bu aksesuarlar dövrün məsləhətçilərinin köməyi ilə yenidən dizayn edilib.

İstanbulun fəthini canlandırmaq üçün 50 Osmanlı Şahi topu, 50 Macar topu və 50 gəmi topu xüsusi olaraq hazırlanıb. Bundan əlavə, dövrə uyğun olaraq 100 ədəd tüfəng və onların atəş mexanizmləri layihələndirilərək istehsal edilib.

1000 ədəd Osmanlı və xaçlı zirehləri xüsusi konstruktor və məsləhətçilərin müşayiəti ilə orijinal materiallardan istifadə edilərək yenidən hazırlanıb. At yəhərləri də dövrə uyğun tərtib edilib, at zirehi və baş geyimləri ilə birlikdə çoxaldılıb.

Tanınmış aktyor Serkan Çayoğlunun baş rolunu canlandırdığı serial Osmanlı İmperiyasının ən əhəmiyyətli sultanı kimi tanınan Fatih Sultan Məhmədin həyatı və qələbələrinə işıq tutur.

Serialın rejissoru Şafak Baldır. Rolları Selim Bayraktar, Fikrət Kuşkan, Tuba Ünsal, Sinan Albayrak, Kenan Çoban, Bülent Alkış, Savaş Özdemir, Esila Umut və digər aktyorlar canlandırır.

Ekran əsərinin ilk seriyası bu gün TRT 1-də yayımlanacaq.


Müəllif: Pərvin Cəfərova