19 Avqust 18:05
2 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kadir İnanırın həyat yoldaşı Jülidə Kural məşhur aktyorun sağlıq durumu ilə bağlı açıqlama verib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, keçən aylarda ağciyərlərindəki infeksiya səbəbiylə xəstəxanaya yerləşdirilən aktyorun müalicəsi davam etdirilir.

Jülidə Kural deyib: "Kadir İnanır sevgisini ürəyində daşıyan milyonlarla insana onun vəziyyəti ilə bağlı dəqiq məlumat çatdırmağı özümü borc bilirəm. Xəstəxanada aylarla davam edən müalicə prosesində çox müsbət irəliləyişlər olsa da, infeksiya səbəbiylə çətin günlər də yaşadıq.

Ancaq Qara dənizin gücünü, qəzəbini və sevincini, qısacası, yaşamaq ehtirasını ürəyində daşıyan Fatsalı Kadirin gücü hər zaman çətinliklərin öhdəsindən gəlməyə qərarlıdı.

Martın 24-dən davam edən müalicə prosesini avqustun 16-dan etibarən Koç Universiteti Xəstəxanasında davam etdirmək qərarına gəldik. Həkimlərimizin rəhbərliyi ilə daha intensiv fiziki müalicə proqramı həyata keçirilir. Əminəm ki, bərpa prosesi daha da sürətlənəcək.

Bütün bu mübarizə davam edərkən, bəzi kanalların keyfiyyətsiz verilişlərinin yalan xəbərlərinə qulaq asmamağınızı xahiş edirəm. Kadir İnanırı bu keyfiyyətsizliyə yoluxdurmaq mümkün deyil. Kadirin istəyi budur: Həkim və məndən başqa kimsənin dediyi heç bir xəbərə qulaq asmayın. Son söz: Mübarizəyə davam!"


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər