27 May 2015 17:19
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın son hazırlıq işləri gedir.

Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, may ayının 30-u və 31-də tamaşaçılara təqdim olunacaq yeni səhnə əsəri “Miras” adlanır.

Tanınmış yazıçı – dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru əməkdar artist Bəhram Osmanov, rəssamı Sevinc Həsənova, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır.

Səhnə əsərində əsas obrazları əməkdar artistləri Rahib Əliyev, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Kəmalə Hüseynova, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Elşən Şirəliyev, Vüsal Mehrəliyev ifa edəcəklər.

Yeni səhnə əsərinin mövzusu bir ailə daxilində müxtəlif əqidəli insanların fikir ayrılığı, sabiq partiya işçisi və onun silahdaşları, digər tərəfdən firavan həyat naminə ölkəsini tərk edib getmiş gəncin acı taleyi və onun valideynlərinin övladlarına kömək etmək üçün yeganə ümid yeri olan yaşadıqları mənzilin satılmasında görüb, ev sahibi yaşlı atanı yola gətirməkdən bəhs olunur. Hadisələr inkişaf etdikcə qəhrəmanların yanlış olduqları və özlərinin də gözləmədiyi xəbərlərlə rastlaşdıqları məlum olur.

Nərmin


Müəllif:

Oxşar xəbərlər