Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinə yeni direktor təyin olunub.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyində aparılmış struktur dəyişiklikləri, sürətlə dəyişən müasir informasiya cəmiyyətinin çağırışlarına sahənin adekvatlığını təmin etmək, habelə mədəniyyətin siyasi potensialının gündən günə artan aktuallığını və nazirliyin qarşısında duran mühüm vəzifələrin reallaşmasında müasir kreativ xarakterli elmi metodların tətbiqi böyük əhəmiyyət kəsb etdiyi üçün nazirliyin sistemində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin işini də daha səmərəli təşkili kimi vacib vəzifə müəyyənləşib.
Qeyd olunanları nəzərə alaraq, Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin Elm sektorunun müdiri Asif Adil oğlu Usubəliyev Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru vəzifəsinə təyin olunub.
Məlumat üçün bildirək ki, Asif Usubəliyev 1978-ci il təvəllüdlü, Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasının məzunu, siyasi elmlər üzrə fəlsəfə doktorudur. O, 2006-cı ildən etibarən nazirlikdə fəaliyyət göstərir.
Nərmin