16 Avqust 2015 22:04
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın “Cocoa Motors” şirkəti çəkisi 2-3 kiloqram olan “şəxsi konveyer” hazırlayıb.

Teleqraf.com xəbər verir ki, mühəndislər bu ilin payızında satışa çıxarılacaq yeni qurğunu təkərli "WalkCar ipad" adlandırırlar. Görünüşü skeytbordu xatırladan WalkCar kiçik ölçüdə olsa da 120 kiloqrama tab gətirir və saatda 10 kilometr sürətlə hərəkət edir. Alüminiumdan hazırlanan qurğu litium batareyaları ilə hərəkətə gəlir.

Eyni zamanda, batareyası üç saat müddətində doldurulduqdan sonra 12 kilometr yolu qət edə bilir. Yeni innovasiyanı hazırlayan Kunaiko Sayto bildirib ki, alıcılar bundan yalnız nəqliyyat vasitəsi kimi yox, həm də ağır yükün daşınmasında istifadə edə biləcəklər.

Teleqraf.com videonu təqdim edir :

Rüstəm


Müəllif:

Oxşar xəbərlər