22 Avqust 2015 12:07
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün əməkdar artist Aybəniz Haşımovanın ad günüdür.

Əməkdar artist ad günü ilə bağlı təəssüratlarını Teleqraf.com-a bölüşüb: “Heç vaxt ad günümdə kövrəldiyim anlar olmamışdı. Yəqin, qızımın yanımda olmaması ilə bağlı idi. Çünki Aynişan dünyaya gələndən sonra ondan bir gün belə ayrı qalmamışam. Gecə ağlamaq istəyirdim, sonra özümü topladım, anama zəng etdim. İlk zəngi saat 12-ə qalmış mən etdim. Bilirdim ki, anam yatır və yuxudan oyatmaq günah oldu, amma səsini eşitmək istədim. Saat 12-də “Skayp” vasitəsilə Aynişan təbrik etdi və mahnı oxudu(kövrəlir). Çox duyğulu anlar idi. Həmişə ad günümdə Aynişan məni qucaqlayırdı. Dünən tədbirdən gecə gəldim və övladımın məni qucaqlaya bilməməsi məni kövrəltdi. Anladım ki, dünyada ana adından böyük mükafat yoxdur. Gecədən mənə çoxlu təbriklər gəlir və xoş söz yazırlar. Hər birinə təşəkkür edirəm. Xoşbəxtəm ki, bu 47 ili hədər yaşamamışam”.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər