Xalq artisti Alim Qasımov gənc muğam ifaçılarından danışıb.
Xalq artisti Teleqraf-com-a bildirib ki,, gənc muğam ifaçıları sənət baxımından zəifdir: “Muğam ifaçılarının inkişafı üçün meydan olmalıdır. Bizim dövrümüzdə xanəndələr toylarda yetişirdilər. Toylar indi zəif olduğuna görə, muğam ifaçıları da zəifdirlər. Toya gedib bir qəzəl oxuyurlfr. Sənətin inkişafı üçün səbr, sənət meydanı, keçmiş xanəndələrin keçdiyi məclislər lazımdır, hazırda bu, yoxdur. Düzdür, onlarda da təqsir görmürəm. Muğam ifaçılarına tövsiyə edirəm ki, səbrli olsunlar və bir guşəyə çəkilib sənətlə məşğul olsunlar, muğam dəstgahlarımızı ifa etsinlər. Dəstgah oxumasa, xanəndə nə inkişaf edər, nə də biliyi artır. Onu da deyim ki, təkbaşına bir dəstgah oxumaq çox çətin məsələdir”.
Rəqsanə Həsnova