22 Avqust 2015 23:37
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın Azərbaycandakı səfirliyinin və “VG Events Boutique” şirkətinin təşkilati dəstəyi ilə avqustun 22-də “COOK ZONE” restoranında “Mexico Party” adlı gecə keçirilib. Tədbir bakılıları Meksika mədəniyyəti və milli mətbəxi ilə bilavasitə tanış etmək məqsədi daşıyıb.

AZƏRTAC xəbər verir ki, Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores tədbir iştirakçılarına təşəkkür edərək bildirib ki, Azərbaycan ilə Meksika arasında möhkəm dostluq və sıx mədəni əməkdaşlıq münasibətləri yaranıb.

Tədbirdə qonaqlar üçün Meksika milli musiqisi və mahnıları səslənib. Gecənin iştirakçıları Meksika milli mətbəxinin təamlarının dadına baxıblar, coşqun Latın Amerikası rəqslərinə tamaşa ediblər.


Müəllif:

Oxşar xəbərlər