31 Avqust 2015 23:21
2 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Azərbaycan yaradıcı heyətinin ortaq işi olan "Bir ovuc sonsuzluq" filminin mətbuat konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, filmdə azərbaycanlı aktyorlarla yanaşı türk aktyoru da iştirak edib. Film dram janrında çəkiləcək. Ekran əsərinin rejissorları Battal Qazi Karabulak və Murad Abdullayevdir.

Rejissor Battal Qazi Karabulak filmi yalnız Azərbaycanda deyil, Türkiyə kinoteatrlarında da nümayiş olunacağını bildirib: "Sentyabrın ilk ongünlüyündə filmin çəkilişləri başlayacaq. İsmayıllının İvanonovka və Qubanın Xınalıq kəndində çəkiləcək. Filmin ssenarisi mənə aiddir və 1980-1985-ci illərdən bəhs edən ailə dramından bəhs edir. Çəkilişlər bir ay davam edəcək. Ekran işini öz büdcəmiz hesabına çəkirik və böyük büdcəsi var".

Filmdə çəkilən türkiyəli aktyor "Kurtlar Vadisi Pusu" serialının Turanı Selçuq Özer ssenarini çox bəyəndiyini qeyd etdi: "Hekayə çox xoşuma gəldi və düşünmədən filmə çəkilmək təklifini qəbul etdim. İnşallah yaxşı bir iş alınacağına inanıram. Çox professional bir aktyoram və ssenarini oxumadan çəkiliş meydanına gedib çəkilirəm. Canlandırdığım obrazlara görə, Türkiyədə Antalya film festivalında ən yaxşı film və aktyor seçilmişəm".
Qeyd edək ki, filmdə müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova, Murad Abdullayev, Şəhanə Yusifova, Funda Bostanlık və başqa aktyorlar çəkiləcək.


Müəllif:

Oxşar xəbərlər