Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə sənət dostu, xalq artisti Yaşar Nuridən yazıb.
Teleqraf.com xəbər verir ki, xalq artisti onsuz yaşamağın çətin olduğunu qeyd edib: “Azərbaycanın fəxri , canım Yaşar, bu gün sənin sənsiz olan ad günündür. Gözlərim hər yerdə səni axtarır. Sənsiz yaşamaq mənə çox çətindir. Bağışla, səndən xəbərsiz nələr yaşadıq, nələr...”
Qeyd edək ki, bu gün Yaşar Nurinin ad günüdür. Tanınmış aktyor sentyabrın 3-də Bakıda anadan olub.
Rəqsanə Həsənova