Azərbaycan Kinorejissorlar Gildiyasının təsis etdiyi “Qızıl Pəri” mükafatı ilə əlaqədar keçirilən müsabiqəyə təqdim olunan ərizə formalarının qəbulu oktyabr ayının 1-də başa çatıb.
Bu barədə məlumat Teleqraf.com-a “Qızıl Pəri” mükafatının Təşkilat Komitəsi tərəfindən verilib.
Bildirilib ki, müsabiqə müddətində 187 ərizə forması daxil olub. Ərizə formaları mükafatın reqlamentində ilkin müəyyənləşdirilmiş 15 nominasiya üzrə təqdim olunub. Daxil olmuş ərizə formaları reqlamentdə nəzərdə tutulmuş audivizual əsərlərin bütün janrlarını və peşələrini əhatə edir.
Təşkilat Komitəsi bildirir ki, “Qızıl Pəri” mükafatının nominantlarının adları Seçim Komissiyası tərəfindən müəyyənləşdirilərək noyabrın əvvəlində elan olunacaq. Qaliblər isə 30 nəfərdən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Qaliblərin elan olunması və mükafatların təqdimetmə mərasimi dünya kinosunun yaranmasının 120 illiyi tarixində - 28 dekabrda keçiriləcək.
Nərmin