Bu gün Beynəlxalq Muğam Mərkəzində VII Beynəlxalq Uşaq Muğam Festivalının qaliblərinin yekun konserti və mükafatlandırılma mərasimi olacaq.
Teleqraf.com xəbər verir ki, ənənəvi festival “Kainat” Gənclik Mərkəzi tərəfindən Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərinin dəstəyi, “PAŞA Bank”ın baş sponsorluğu ilə təşkil olunub.
Musiqi yarışmasında səkkiz ölkənin (Azərbaycan, İran, İraq, Misir, Özbəkistan, Tacikistan, Qazaxıstan, Türkiyə) təmsilçiləri bir araya gələcək.
Gənc muğam ifaçılarının çıxışları xalq artisti, professor Ağasəlim Abdullayevin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Fərqlənənlər üçün iki 3-cü yer, iki 2-ci yer, bir 1-ci yer və 1 baş mükafat (Qran-pri), habelə həvəsləndirici və xüsusi mükafatlar nəzərdə tutulub.
Nərmin