4 Dekabr 2015 15:30
1 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup gənc Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Bakı Metropolitenində maraqlı və kreativ aksiya həyata keçiriblər.

Teleqraf.com-a daxil olan məlumata görə, layihənin məqsədi Üzeyir Hacıbəyovun 130 illik yubileyini əbədiləşdirmək, onun əsərlərini cəmiyyətə tanıtmaq və kreativ şəkildə dahi şəxsiyyəti yad etmək olub.

Metronun qatarlarından birində qəflətən 20 nəfərə qədər musiqiçi Üzeyir Hacıbəyovun bəstələdiyi Arazbarı əsərini maraqlı tərzdə ifa edib. Keçirilmiş fleşmobun nəzərə çarpan əsas xüsusiyyəti isə klassik kompozisiyada istifadə olunan alətlərin əvəzinə milli alətlərdən istifadə olunmasıdır. Beləki, layihədə saz, tar, kamança, ud və digər milli alətlərdə gənclərin ifasını görmək olardı.

Xatırladaq ki, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Ağcabədidə dünyaya gəlmişdir. Şərqdə ilk operanın və hazırda Azərbaycan Respublikasının dövlət himninin müəllifidir.

Layihə metro istifadəçiləri və cəmiyyət tərəfindən çox böyük təəccüb və maraqla qarşılanıb.

Fleşmobun video lentini sizə təqdim edirik:


Müəllif:

Oxşar xəbərlər