10 Dekabr 2015 13:11
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkan Şoray Bakı Dövlət Universitetinin tələbələri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Türkan Şoraya “Universitetin ən böyük dostu” mükafatını, qızı Yağmur Ünala universitetin gümüş medalını təqdim edib.

T.Şoray universitetdə çıxışından əvvəl göz yaşlarını saxlaya bilməyib: “Bir az əvvəl göz yaşlarımı saxlaya bilmədim. Mənə bu xoşbəxt hissləri yaşatdığınıza görə çox sağ olun. Azərbaycan xanımları da çox gözəldir. Onu da deyim ki, Azərbaycan xanımlarına bənzəyirəm”.

A.Məhərrəmov Türkan Şorayın əslən azərbaycanlı olduğunu da vurğulayıb.

Rəqsanə


Müəllif: