6 Fevral 2016 08:35
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kembric hersoginyası Keyt Middlton Ümumingilis tennis klubunun rəhbəri vəzifəsində kraliça 2-ci Yelizavettanı əvəz edəcək.

Bu barədə yayda turnirin keçirildiyi zaman rəsmi olaraq məlumat veriləcək.

Aprelin 21-də 90 yaşı tamam olacaq 2-ci Yelizavetta öz məşğulluğunu azaltmaq məqsədilə bu vəzifədən imtina etmək qərarı verib. O, 64 il idi ki, Ümumingilis tennis klubunun rəhbəri idi. Mənbələr həm də bildiriblər ki, kraliça Reqbi üzrə İngilis komanları İttifaqının idarəetməsini şahzadə Harriyə ötürüb. 2-ci Yelizavetta 65 il idi ki, bu təşkilatın rəhbəri idi.


Müəllif:

Oxşar xəbərlər