18 Fevral 2016 20:26
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Azərbaycan kino rəssamlığının istedadlı nümayəndəsi Fikrət Ələkbərovun 70 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

“Azərbaycanfilm”dən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə kinostudiyanın direktoru Müşfiq Hətəmov, yubilyar və onun sənət dostları iştirak edib. Fikrət Ələkbərov 18 fevral 1946-cı ildə kinooperator Ağa Zeynal Ələkbərovun ailəsində dünyaya göz açıb. 1967-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1973-cü ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstititunun rəssamlıq fakultəsini bitirib. Bir neçə filmdə quruluşçu rəssam, həm də geyim uzrə rəssam olub.

2008-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiq görülüb.

Nərmin


Müəllif: