12 gündür davam edən Kann Kinofestivalı başa çatıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə saat öncə başlayan bağlanış mərasiminə Fransanın Lazur sahilində yekun vurulub.
Qırmızı xalı üzərindən keçən dünyaca məşhur simalar laureatların adını və təfərrüatları öyrənmək üçün fransız kino və teatr aktyoru Loran Lafittin aparıcılıq etdiyi təntənəli mərasimə qatılıb.
Festivalın bu ilki proqramında dünya kinematoqrafının 20-dən artıq ekran işi təqdim olunub. Corc Millerin sədrlik etdiyi münsiflər heyətində - amerikalı aktrisa Kristen Danst, fransalı aktrisa Vanessa Paradi, kanadalı aktyor və kinoprodüsser Donald Sazerlend, danimarkalı aktyor Mads Mikkelsen, italiyalı aktrisa Valeriya Qolino, iranlı prodüser Katayun Şaxabi, fransalı rejissoru Arno Depleşen, macarıstanlı rejissor və ssenarist Laslo Nemeş təmsil olunublar.
Məhz bu məşhurlar "Qızıl palma" budağının kimə layiq olacağını müəyyən ediblər.
Festivalın qalibi "Mən Daniel Bleyk" filmini təqdim edən fransalı Kenu Louçu olub.
69-cu Kann kinofestivalı laureatlarının siyahısı:
"Qızıl palma budağı" - Kenu Louçu, "Mən Daniel Bleyk" (Böyük Britaniya, Fransa)
Münsiflər heyətinin Qran-prisi - "Bu sadəcə dünyanın sonudur" (Kanada, Fransa)
Münsiflər heyətinin prizi - "Amerika sevimlisi" (Böyük Britaniya, ABŞ)
"Ən yaxşı qadın rolu" - Jaklin Xose, Ma Rosa (Flippin)
"Ən yaxşı kişi rolu" - Şaxab Xosseyni "Kommivoyjer" (Fransa, İran)
"Ən yaxşı ssenari" - Asqar Farxadi", "Kommiboyajer" (Fransa, İran)
"Ən yaxşı rejissor" - Olivie Assayas (Məxsusi alıcı) (Fransa)
"Ən yaxşı qısametrajlı film" - Xuanxo Qimenez, "Timecode" (İspaniya)
"Fəxri palma budağı" - Jan-Per Leo
Bağlanış mərasimi başa çatandan sonra təntənəli ziyafət olub.