Avropa Olimpiya Komitəsi (AOK) II Avropa Oyunlarına ev sahibliyi edəcək ölkənin adını açıqlayıb.
Trend “Anadolu” agentliyinə istinadən məlumat verir ki, bu barədə qərar AOK İcraiyyə Komitəsinin Türkiyənin İstanbul şəhərində keçirilən iclasında verilib.
AOK-a üzv olan 50 ölkənin Milli Olimpiya komitələrinin nümayəndələrinin səs verməsi ilə 2019-cu ildə II Avropa Oyunlarının Niderlandda keçirilməsi barədə qərar qəbul edilib.