“İlk Avropa Oyunları ərəfəsində başlanan anti-Azərbaycan kampaniyası qərəzdən, gözü götürməməkdən qaynaqlanır”.
Bu fikri Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Abiyev deyib.
A.Abiyev bildirib ki, Azərbaycana qara yaxmağa çalışanların hərəkətləri əbəsdir. Onun fikrincə, həmin dairələr belə əməllərlə özlərini biabır edirlər. Çünki təmiz, yaxşı olana ləkə yapışmır.
“Onlar I Avropa Oyunlarını keçirən Azərbaycana qara yaxmağa çalışmaqla dünya olimpiya hərəkatından xəbərsiz olduqlarını göstərirlər. Çünki idman sülhdür. Azərbaycan da idman yarışı keçirir. Özü də Avropa qitəsinin ilk olimpiya oyunlarını keçirir. Azərbaycan Avropa dövlətlərini bir yerə toplayaraq dostluq, qardaşlıq müstəvisində, idman meydanlarında yarışlar keçirəcək. Bu oyunlar təkcə bizim yox, bütün Avropanın bayramıdır. Azərbaycan Avropaya bayram hazırlayır”, – deyə A.Abiyev vurğulayıb.
Səxavət