Vasif Məhərrəmli: "Oyunlarda tamaşaçı kimi iştirak etmək borcumuzdur"
"Bakı-2015" İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi məni çox sevindirir. Allah Prezidentimizdən razı olsun ki, Avropa Oyunlarının Azərbaycana gəlməsində müstəsna xidmətlər göstərdi".
Bu sözləri Teleqraf.com-a açıqlamasında müğənni Vasif Məhərrəmli deyib: "Azərbaycanın dünyada tanınması, qəbul olunması çox vacib məsələdir. Bir neçə il bundan əvvəl ölkəmizdə keçirilən "Eurovision" yarışması da bu məqsədə xidmət edirdi. Gələn ay Bakıda 17 gün ərzində baş tutacaq idman bayramı bir daha Avropa, eləcə də, bütün dünyada tanınmağımıza kömək edəcək. Hamı kimi mən də idmançılarımızdan qələbə gözləyirəm".
İdmanı çox sevdiyini bildirən müğənni bir vaxtlar güləşlə məşğul olduğunu deyib: "Mən 10 il güləşlə məşğul olmuşam. Güləşlə yanaşı futbol da oynayırdım. İdmançılarımıza uğurlar arzulayıram və qələbə gözləyirəm. İnanıram ki, "Bakı-2015"in açılışı, bağlanışı, eləcə də, bütün oyunların təşkili yüksək səviyyədə keçəcək. Təəssüflər olsun ki, oyunların açılışı günü burda olmayacam, ona görə iştirak edə bilməyəcəm. Mən də bacardığım qədər Avropa Oyunlarında tamaşaçı kimi iştirak edəcəm. Mən hesab edirəm ki, Avropa Oyunlarında tamaşaçı kimi iştirak etmək bizim borcumuzdur və hər birimiz bunu etməliyik".
Nərmin