27 May 2015 17:08
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli mayın 27-də Kürdəmir şəhərinə gətirilib.

Teleqraf.com xəbər verir ki, sosial-iqtisadi inkişafının yeni mərhələsini yaşayan Kürdəmirdə ilk Avropa Oyunlarının məşəli böyük coşqu ilə qarşılanıb. Şəhərin, eləcə də kəndlərin minlərlə sakini Bakı prospektindəki Heydər Əliyev parkının qarşısında bayramsayağı bəzədilən Oyunların rəmzi qapısında məşəlin qarşılanması mərasimini şən musiqi və sürəkli alqışlarla izləyiblər.

Məşəl əməkdar bədən tərbiyəsi və idman xadimi, yunan-Roma güləşi üzrə veteranlar arasında dünya çempionatının yeddiqat bürünc mükafatçısı Əlsahab Əlabbasov tərəfindən qəbul olunub. Sonra 10 nəfər məşəlçinin yürüşünə start verilib. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Bakı və Heydər Əliyev prospektlərindən keçməklə, rayon icra hakimiyyətinin inzibati binasının qarşısındakı meydana gəliblər. Burada quraşdırılan səhnəyə qalxan Uşaq-Gənclər İdman Məktəbinin direktoru, məşqçi-müəllim Samir Şükürov məşəli alovlandırıb. Sonra isə Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.

Mərasimdə birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx göstərilib.


Müəllif:

Oxşar xəbərlər