9 İyun 2015 11:05
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan olduqca qısa müddət ərzində və ölkəmizə qarşı yönələn çoxsaylı təxribatlar fonunda I Avropa Oyunları kimi mötəbər idman tədbirinin keçirilməsi üçün zəruri olan bütün hazırlıqları ən yüksək səviyyədə reallaşdırmaqla özünün möhkəm siyasi iradəsini və böyük iqtisadi gücünü göstərdi. Məhz elə bunun nəticəsidir ki, Bakıda keçiriləcək I Avropa Oyunları bu ün dünya gündəminin əsas mövzularındandır".

Teleqraf.com-un məlumatına görə, bu sözləri "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə bağlı fikirlərini bölüşərkən deyib.

Birlik sədri vurğulayıb ki, “Bakı-2015”in məşəli Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq 60 rayonun sakinlərinə bu Oyunların ruhunu çatdırıb: "Bakı-2015"in məşəlinin bölgələrimizi dolaşması prosesi xalq tərəfindən böyük dəstək və sevgi ilə müşahidə olundu. Sonda isə Prezident İlham Əliyevin Dənizkənarı Milli Parkdakı “Sadko” limanında “Bakı-2015”in məşəlini qəbul etməsi hər bir azərbaycanlının qəlbini fərəhlə doldurdu, bütün millətimizə qürür hissləri yaşatdı".

F.Şahbazlı vurğulayıb ki, I Avropa Oyunlarının başlamasına sayılı günlər qalarkən bir sıra xarici dairələrin və onların yerli emissarlarının Azərbaycana qarşı təzyiq və təxribat siyasətlərini gücləndirəcəkləri gözlənilən idi: "Ölkəmizə qarşı bu şantaj siyasətinə Azərbaycan I Avropa Oyunlarının keçirmək hüququnu qazandığı ilk gündən başlanılıb. Əslində isə hər kəs yaxşı bilir ki, Azərbaycana düşmən mövqedə olan dairələr üçün I Avropa Oyunları ölkəmizin qazandığı bütün digər böyük uğurlar kimi sadəcə bir bəhanədir. Məsələ bu dairələrin Azərbaycanın artan siyasi və iqtisadi gücünü, müstəqil siyasətini, hər ötən gün bölgədə və dünyada yüksələn nüfuzunu həzm edə bilməməsindədir. Ancaq şübhəsiz ki, bütün bu təzyiq cəhdləri həmişə olduğu kimi yenə nəticəsiz qalacaq. Azərbaycanda keçiriləcək I Avropa Oyunları dünyanın idman tarixinə qızıl hərflərlə yazılacaq".


Müəllif:

Oxşar xəbərlər