9 İyun 2015 22:16
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 9-da Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Turizm Peşə Məktəbinin tələbələrinin iştirakı ilə idman qaçışı təşkil edilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə bildirilib ki, Azərbaycan gəncləri hər zaman olduğu kimi ölkə başçısı cənab İlham Əliyevin dövlət siyasətini dəstəkləyərək "Bakı 2015" Birinci Avropa Oyunlarının respublikamızın tanıdılmasında və beynəlxalq imicinin formalaşmasında, habelə qüdrətimizin dünyaya nümayış olunmasında oynadığı rolunu dərk edərək, sözün əsl mənasında möhtəşəm oyunlarından kənarda durmaq istəmədikləri üçün, onun təbliğində yaxından iştirak etmək arzusundadırlar.

"Bakı 2015 Birinci Avropa Oyunlarına dəstək" aksiyası Azərbaycan Turizm və Menecment Universitetində rəsmi açılış mərasimi ilə Bakı Bulvarında davam edilərək Azərbaycan Xalça Muzeyində tamamlanıb.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər