10 İyun 2015 13:29
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı-2015" birinci Avropa Oyunlarının məşəl estafeti bu gün davam edib. Məşəl UNESCO-nun Mədəni İrs siyahısına daxil olan qədim İçərişəhərdən sonra Heydər Əliyev Mərkəzinin binasının qarşısına gətirilib. Oyunların məşəlini Azərbaycanın məşhur heykəltəraşı və xalq rəssamı Ömər Eldarov qəbul edib.

Teleqraf.com-un məlumatına görə, Ö.Eldarov jurnalistlərə məşəli qəbul etməsindən çox sevindiyini söyləyib. O, həyatında ilk dəfə olaraq, məşəli daşıdığını qeyd edib: “Mənim yaşım kifayət qədər çoxdur, 87 yaşım var. Həyatımda ilk dəfədir məşəl qəbul edirəm. Bu, mənim tərcüməyi-halım üçün çox əhəmiyyətlidir”.

Azərbaycanlı heykəltaraş I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün olduqca böyük tarixi hadisə olduğunu da deyib: “Məşəli qəbul edən şəxslər - biz hamımız sevinc icindəyik. Bu, bizim əhvalımızı yüksəldir. Narahat idim ki, birdən nəfəs almağım çətinləşər, yaxud xəstələnərəm. Amma hər şey gözəl oldu. Mən məşəli öz yolum üzrə apardım və onu növbəti şəxsə təhvil verdım. Mən bunu yerinə yetirdim və bununla fəxr edirəm”.


Müəllif:

Oxşar xəbərlər