11 İyun 2015 08:05
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dağ Velosipedi Parkında azərbaycanlı idmançı Aqşin İsmayılov ilk məşqini keçirib. Trend-in məlumatına görə, jurnalistlərə açıqlama verən A.İsmayılov birinci Avropa Oyunlarında velosipedçiləri gözləyən yarış haqqında fikirlərini bölüşüb.

O, yarışlar öncəsi çox qarışıq və müsbət hisslər keçirdiyini bildirib: "Həm çox həyəcanlı, həm də narahatam. Çünki bu yarışlar mənim öz ölkəmdə keçirilir. Bütün ölkəm, valideynlərim və qohumlarım oyunları izləyəcək. Buna görə də özümü daha məsuliyyətli hiss edirəm. Yaxşı nəticə naminə əlimdən gələni edəcəyəm".

A.İsmayılov oyunlara hazırlığı haqqında da danışıb. Dediyinə görə, artıq bir aydır ki, Dağ Velosipedi Parkında məşq edir: "Ona görə də bu məkanın texniki baxımdan çətinliklərini və üstünlüklərini bilirəm. Bakı-2015-dən öncə bir neçə yarışlarda iştirak edərək medal qazanmışam. Amma həmin yarışlar faktiki olaraq daha çox hazırlıq xarakteri daşıyırdı".

Azərbaycanlı idmançı isveçrəli favorit Nino Şurterə qalib gəlib qızıl medal qazanacağından əmindir. O, kişilərin yarışlarında çoxlu təcrübəli idmançıların olduğunu deyir və inanır ki, dünyanın yüksək səviyyəli idmançıları ilk 20-likdə reytinq qazanacaqlar.


Müəllif:

Oxşar xəbərlər