Bütün Olimpiya Oyunlarında boykot çağırışları olur, lakin keçmiş təcrübələr göstərir ki, bunun nəticəsi yoxdur və heç vaxt olmayacaq.
Trend-in məlumatına görə, bunu bu gün jurnalistlər üçün keçirilən mətbuat konfransında Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hikki bildirib: "Hər dəfə Olimpiya Oyunlarında kimsə boykota çağırış edir və ötən dövrdə sübut olunub ki, boykota çağırış heç bir nəticə vermir, həmişə uğursuzluğa düçar olur. Mən çox fəxr edirəm ki, bu Oyunlarda 50-ə qədər milli olimpiya komitəsi iştirak edir və 40-a qədər dövlət və hökumət başçıları açılış mərasimində iştirak edəcək. Bundan aydın olur ki, boykot çağırışları nəticəsiz qalır".
P.Hikki qeyd edib ki, boykot səmərəsiz işdir.